Antalyada dincələn xarici turistlərin sayı açıqlandı - İlk yerdə bu ölkədir

Bu il Türkiyənin Antalya vilayətini ziyarət edən xarici turistlərin sayı açıqlanıb.
TNS xəbər verir ki, Türkiyənin Peşəkar Otel İdarəçiləri Dərnəyinin (POYD) sədri Hakan Saatçıoğlu Antalyanı ziyarət edən xarici turistlərin sayının 15 milyon nəfərə çatdığını açıqlayıb.
O, uğurlu bir mövsüm keçirdiklərini bildirib: “Keçən illə müqayisədə turist sayında xeyli artım olub. 16 oktyabr tarixinə qədər Antalyaya hava yolu ilə 15 milyon xarici qonaq gəlib. İlk sırada 3 milyon nəfərlə Rusiyadır. Almaniyadan 2 milyon 750 min, Britaniyadan 1 milyon 300 turist gəlib. Ötən ilin müvafiq dövrü ilə 7 faiz artım var. İlin sonunadək 17 milyon turist hədəfinə çatacağıq”.