Türkiyədə təyyarənin təkərləri partladı, 180 nəfər... - FOTO
223
22:49 - 12 Oktyabr 2024

Türkiyədə eniş zamanı təyyarənin təkərləri partlayıb.
TNS xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə Münxen-Antalya reysini həyata keçirən “Corendon Airlines”ə məxsus təyyarədə qeydə alınıb. Təyyarənin iki arxa sağ təkərinin eniş zamanı partladığı, 174 sərnişin və 6 ekipaj üzvünün təhlükəsiz şəkildə təxliyə edildiyi açıqlanıb.