Close

Cihangir İşbilirin “Çıxış yolu” kitabı nəşr olundu - FOTO

Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir müəllifi olduğu kitab nəşr edilib.

TNS xəbər verir ki, kitab “Çıxış yolu” adlanır.

Alptekin Cihangir İşbilir bununla bağlı sosial şəbəkədə paylaşım edib.

“Təəssüf ki, qarşıdurmaların və böhranların yarısından çoxunun şahidi olan İslam dünyası hələ də özünün əsas problemlərini həll edəcək sülh formulunu hazırlaya bilməyib.

Bu araşdırma geosiyasi transformasiyanın qanlı dayanacaqları olan Suriya və Yəmən hadisələri əsasında İslam dünyası üçün vətəndaş sülh formulunun axtarışına və bu xaosdan çıxış yolunun axtarışına töhfə vermək məqsədi daşıyır.

Tədqiqatı dostlarımın və 20 ildir, seminarlar keçirdiyimiz tələbələrin dəstəyi ilə apardıq.

Əsərin ön sözünü Bakıda yazmaq qismət oldu. İndi Azərbaycan və Türküstan üçün yeni əsərlər yazmağa başlamışıq...” – deyə paylaşımda qeyd edilib.