Close

18:27
08 Oktyabr 2024

Türkiyə ordusu İraq və Suriyada yeni əməliyyat keçirib, dörd terrorçu öldürülüb

Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında yeni əməliyyat keçirib.

TNS xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, İraqın şimalındakı “Pəncə-Kilit” əməliyyat bölgəsində iki PKK terrorçusu öldürülüb.

Həmçinin Suriyanın şimalındakı “Fırat qalxanı” əməliyyat bölgəsində də PKK/YPG terror qruplaşmasının iki üzvü öldürülüb.

Nazirlikdən bildirilib ki, əməliyyatlar ən sonuncu terrorçu öldürülənə qədər davam edəcək.