Close

4 mindən çox qanunsuz miqrant saxlanıldı

Türkiyənin bütün vilayətlərində qanunsuz miqrasiyaya qarşı əməliyyat keçirilib.

TNS xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.

O bildirib ki, əməliyyat nəticəsində 4040 qanunsuz miqrant və 200 nəfər təşkilatçı şəxs saxlanılıb.

Təşkilatçılardan 82-si həbs olunub.