Kərkükdə türkmənlərin aqibəti necə olacaq?
İraq Kürd Regional Rəhbərliyində əhalinin sayının müəyyən edilməsi üçün 1957-ci ildən bəri ilk siyahıyaalma aparılacaq. Səddam Hüseynin devrilməsindən sonra demoqrafik strukturu xeyli dəyişmiş Kərkükdəki türkmənlərin siyahıyaalmaya necə daxil ediləcəyi maraq doğurur.
TNS Publika.az-a istinadla xəbər verir ki, iki ay davam etməsi gözlənilən siyahıyaalmada 20 min səlahiyyətli, 4 vilayət, 42 rayon, 154 nahiyə, 2 min 163 məhəllə və 5 min 533 kənddə müəyyənləşmələr aparılacaq. Bildirilir ki, yeni siyahıyaalma 1957-ci ildə əldə edilən məlumatlar əsasında aparılacaq.
Bölgədə türkmənlər, kürdlər və ərəblər üçün ciddi dəyişikliklər baş verib. Xüsusən də Kərkük türkmənləri sürgün və assimilyasiya nəticəsində əhali itkisinə məruz qalıb.
Bu barədə “Haber Global Web Özəl”ə açıqlama verən Kərkükdən olan türkmən siyasətçi Əhməd Muradlı türkmənlərin siyahıyaalma ilə bağlı narahatlığını açıqlayıb. O, bölgənin demoqrafik quruluşu haqqında da əhəmiyyətli məlumatlar verib:
“Siyahıyaalmada türkmənlərin əksəriyyəti Kərkükdə yer alır. Şəhərin 60 faizi türkmənlər olaraq qeyd edilib. Demoqrafik strukturun dəyişdirilməsi monarxiya dövründən başlayır. Kərkük də Türkiyənin Milli Paktının sərhədləri daxilində yerləşir. Amma bu o demək deyil ki, Türkiyə bu bölgəni tuta bilər. Buna baxmayaraq, bölgənin əhali strukturunun dəyişdirilməsi nəzərdə tutulub və İraq dövləti türkmənlərin yaşadıqları bölgələri ərəbləşdirməyə başlayıb”.
Muratlı bildirib ki, Səddam administrasiyası Kərkükdə məskunlaşan kürdləri o dövrdə Ərbil və Süleymaniyyədən şimala göndərib: "O dövrdə məskunlaşan kürdlərin sayı 11 min 800 nəfər civarında idi. Lakin 2003-cü ildə Səddam devrildikdən sonra İraqın şimal administrasiyası bunu bəhanə edib, 1 milyon insanı Kərkükdə yerləşdirib. Mehmanxanaları, hamamları və məscidləri ilə Kərkükə kimlik qazandıran türkmən əhalimiz azlıq təşkil edib”.
Siyasətçi siyahıyaalma üsulu ilə bağlı narahatlığını da dilə gətirib: "Uzun müddətdir ki, bu bölgədə Osmanlı İmperatorluğunun izlərini silmək planlaşdırılır. 100 ildir yaratdığımız qardaşlığı, sülhü, əmin-amanlığı məhv etmək istəyən böyük qüvvələr var. Siyahıyaalmada “Türkmənsən”, “Kürdsən”, “Ərəbsən” kimi suallar olmasa da, siyahıyaalmanın texniki cəhətdən dəyişdiyini bilirik. Sonradan çox qəribə vəziyyətlərlə qarşılaşa bilərik. Türkmənlərdən qovulanlar var. Bizi siyahıyaalmaya ümumiyyətlə daxil etməyəcəklər”.
Konstitusiyada mübahisəli bölgələr olaraq qeyd edilən Kürd bölgələri və Kərkükdə Ali Siyahıyaalma Komitəsinin etdiyi razılaşmaya görə, qruplar kürd, ərəb və türkmən olmaqla 3 nəfərdən ibarət olacaq. Siyahıyaalma üçün formalar 3 fərqli dildə doldurulacaq.