Close

Egey dənizində zəlzələ oldu, Türkiyə sarsıldı

Egey dənizində 4.2 bal gücündə zəlzələ baş verib.

TNS xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat verib.

Zəlzələnin episentrindən Çanaqqalanın Ayvacık rayonuna qədər olan məsafə 52.08 kilometr olaraq ölçülüb. Buna baxmayaraq, yeraltı təkanlar Türkiyə ərazisində də hiss edilib.

İlkin təsbitlərə görə, zəlzələ nəticəsində heç bir fəsad qeydə alınmayıb.