Close

5 ton saxta bal ələ keçirildi

Türkiyənin Aydın vilayətinin Nazilli rayonunda yük maşınında 5 ton saxta bal ələ keçirilib.

TNS TRT-yə istinadən xəbər verir ki, Aydından Ankaraya saxta bal göndəriləcəyi məlumatı daxil olduqdan sonra jandarm qüvvələri araşdırma aparıb.

Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin yerli idarəsinin əməkdaşlarının iştirakı ilə əməliyyat təşkil edilib. 5 ton saxta bal götürülüb.

2 şübhəliyə 655 min lirə inzibati pul cəzası kəsilib.