Close

Türkiyə İsrailin BMT Baş katibini persona non-qrata elan etmə qərarını pisləyib

Türkiyənin Milli Təhlükəsizlik Şurası (MTŞ) İsrail iqtidarının BMT-nin Baş katibi Antoniu Quterreşi persona non-qrata elan etmək qərarını pisləyib.

TNS xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilmiş MTŞ iclasının yekunlarına dair yazılı kommünikedə deyilir.

“İsrailin BMT-nin Baş katibini persona non-qrata elan etmək və ölkəyə girişini yasaqlamaq qərarı MTŞ tərəfindən İsrailin qanunsuzluğunun son örnəyi kimi pislənib”, – kommünikedə qeyd olunub.

MTŞ həmçinin Fələstində atəşkəs rejiminin təxirəsalınmaz şəkildə qurulmasını təmin etmək üçün birgə səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb.