Close

“Nargin”dən azad səmalara – Əfsanəvi pilot adadan İrana necə qaçıb?

Bu gün Türkiyə müdafiə sənayesində önəmli rola sahib olan “Hürkuş” təyyarələrinin kimdən ilhamanaraq, hazırlandığını bilirsinizmi?

Təyyarənin adının verildiyi Vehici Hürkuşu Azərbaycanla nə bağlayır?

TNS Vehici Hürkuşla bağlı araşdırma aparıb.

Məlum olub ki, 1896-cı ildə İstanbulada dünyaya göz açan türk qırıcı pilotu, aviasiya mühəndisi Vehici Hürkuş 1912-ci ildə Balkan müharibələrində Osmanlı ordusuna qatılır. Müharibələrdən qayıtdıqdan sonra İstanbulda əsir düşərgəsinin komandiri olur. 1914-cü ildə texniki işçi kimi İraq cəbhəsinə - Bağdada göndərilir. Orada bir qəza nəticəsində yüngül yaralanaraq, 1916-cı ildə yenidən İstanbula göndərilən Hürkuş aviasiya üzrə təhsil alır, pilot peşəsinin sirlərini öyrənir.

O, kapitan Şükrü Koçak ilə birlikdə düşmən – rus təyyarəsini vuran ilk iki türk pilotdan biri olur. 1917-ci ildə idarə etdiyi təyyarədə problem yarandığı üçün rusların nəzarətində olan əraziyə təcili eniş edir. Ruslar bu “göydəndüşmə” fürsəti dəyərləndirir, onu əsir götürərək, “Nargin” adasına sürgün edirlər.

Məlumdur ki, Birinci Dünya müharibəsində ruslara əsir düşən türk əsgərlərinin saxlandığı “Nargin” adı ilə tanınan Böyük Zirə adasında əsirlər susuzluqdan, aclıqdan və ilancancmalarından ölür ya da rus əsgərləri tərəfindən güllələnərək, qətlə yetirilirdilər.

Şərq cəbhəsində, xüsusilə Sarıqamışda ruslara əsir düşən Osmanlı əsgərləri “cəhənnəm adası” deyilən bu yerdə saxlanılırdı. Əsirlərin bir qismi azərbaycanlıların köməyi ilə adadan qaça bilib. Sağ qalanlardan biri də Türkiyənin aviasiya tarixinin önəmli adlarından biri olan Vecihi Hürkuş idi.

1917-ci ildə sürgün edildiyi adada sağ qalmağı bacaran Hürkuş 1918-ci ildə oradan qaçır. Xəzər dənizindən üzərək İran ərazisinə keçir. Oradan isə Vətəninə qayıdır.

Müharibədən sonra Türkiyənin ilk təyyarəsini yaradır. Amma təyyarəni icazəsiz idarə etdiyi üçün tutulur və həbsə məhkum olunur.

Məhkumluq həyatından sonra, 1930-cu ildə ikinci təyyarəsi olan “VECİHİ K-XIV”-i istehsal edir. 1932-ci ildə öz aviasiya məktəbini təsis edir, Bedriye Tahir Gökmen də daxil olmaqla bir çox tələbəni yetişdirir. Məktəb 1934-cü ildə Milli Müdafiə Nazirliyi tərəfindən bağlanır.

1954-cü ildə hava yolu şirkəti qursa da, onun da uçuşları qadağan edilir.

16 iyul 1969-cu ildə Ankarada vəfat edən Vehici Hürkuş Əsri məzarlıqda dəfn olunur.

Hazırda Türkiyə Hərbi Hava Qüvvələrinin arsenalında olan “Hürkuş” və “Hürcet” onun adını daşıyır.

hur2