Close

17:06
20 Sentyabr 2024

Türkiyədə sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb

Ankara-Yüksekova reysini həyata keçirən “AJet” Hava Yollarına məxsus sərnişin təyyarəsi Yüksekova Səlahəddin Əyyubi Hava Limanına endikdən sonra güclü yağış səbəbindən uçuş-enmə zolağından çıxıb və ön dayağı palçığa ilişib.

TNS xəbər verir ki, bu barədə “Hüriyyet” məlumat yayıb.

"185 sərnişin və 7 ekipaj üzvü problemsiz olaraq təyyarədən təxliyə edilərkən, heç bir neqativ hal aşkarlanmayıb", - deyə nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.