Close

23:50
19 Sentyabr 2024

Türkiyədə ağır yol qəzası olub, 22 nəfər yaralanıb

Türkiyənin Düzce şəhərində ağır yol qəzası olub.

TNS Türkiyə KİV-inə istinadən xəbər verir ki, kənd təsərrüfatı sahəsində çalışan işçiləri daşıyan maşının 50 metr hündürlükdən aşması nəticəsində 22 nəfər yaralanıb.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.