Close

FETÖ-yə qarşı keçirilən əməliyyatda 22 şübhəli saxlanıldı

Türkiyədə FETÖ şəbəkəsinə qarşı keçirilən əməliyyat zamanı 22 şübhəli saxlanılıb.

TNS xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Bildirilib ki, şübhəlilər İzmirin Tire, Ödemiş, Urla, Kemalpaşa, Foça ve Torbalı rayonlarında keçirilən əməliyyat nəticəsində saxlanılıb.

Əməliyyatlar davam edir. Daha üç şübhəlinin yaxalanması istiqamətində tədbirlər görülür.