Türkiyədə zəlzələ oldu
15
09:24 - 18 Sentyabr 2024
Türkiyənin Malatya şəhərinin Pütürgə rayonunda 4,4 bal gücündə zəlzələ baş verib.
TNS xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ yerin 9,58 km dərinliyində meydana gəlib.
Tələfat və ya dağıntı barədə məlumat verilməyib.