Close

22:00
18 Sentyabr 2024

Türkiyədə zəlzələ olub

Tuncelidə 4.1 maqnitudalı zəlzələ olub.

TNS xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Qeyd edək ki, yerin 7 kilometr dərinliyində baş verən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.