Close

22:00
18 Sentyabr 2024

Türkiyədə ağır yol qəzası olub, 4 nəfər ölüb, 6 nəfər yaralanıb

Türkiyənin Adana şəhərində yük maşını ilə işçiləri daşıyan xidməti avtomobil toqquşub.

TNS “Haber Global”a istinadən xəbər verir ki, hadisə şəhərin Ceylan rayonunda qeydə alınıb.

Qəza nəticəsində 4 nəfər ölüb, 6 nəfər yaralanıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.