Close

Türkiyənin bu bölgəsinə rekord sayda turist gəlib

Türkiyədə Aralıq və Egey dənizlərinin qovuşduğu yerdə yerləşən turizm şəhəri, təbii gözəllikləri və qədim şəhərləri ilə məşhur olan Muğlanı bu ilin 8 ayında şəhəri 2 milyon 617 min 473 xarici turist ziyarət edib.

TNS xəbər verir ki, bu barədə bölgənin Mədəniyyət və Turizm İdarəsi məlumat yayıb.

Bildirilib ki, bölgəyə səyahət edən turistlərin sayına görə, 1 milyon 118 min 79 nəfərlə İngiltərə ilk yerdədir. Rusiyadan 278 min 465, Polşadan 211 min 510, Almaniyadan 163 min 638 nəfər, Hollandiyadan 66 min 498 nəfər turist gəlib. Turistlərin 779 min 283 nəfəri digər ölkələrdəndir.

Qeyd olunub ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bölgəyə səyahət edən əcnəbilərin sayı 8 faiz artıb.