Close

Ərdoğan üç nazir müavinini vəzifəsindən azad edib, yeniləri təyin olunub

Türkiyədə üç nazir müavini vəzifəsindən azad edilib.

TNS xəbər verir ki, bu barədə Türkiyə Prezideti Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb.

Bildirilib ki, milli müdafiə nazirinin müavini Cemal Sami Tüfekfi vəzifəsindən azad olunub. Onun yerinə Musa Heybət təyin edilib.

Dövlət başçısının sərəncam ilə təhsil nazirinin müavini Kemal Şamlıoğlunun yerinə Muhammet Bilal Macit, səhiyyə nazir müavini Huzeyfe Yılmazın əvəzinə isə Yasin Ayfer Erkoç təyin olunub.