Close

Türkiyədə ağır yol qəzası olub, 3 nəfər ölüb, 4-ü yaralanıb

Türkiyənin Sinop şəhərində ağır yol qəzası baş verib.

TNS “Haber Global”a istinadən xəbər verir ki, iki minik maşınının toqquşması nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.