Close

Türkiyədə daha bir meşə yanğını başladı

Türkiyənin Kahramanmaraş vilayətində meşəlik ərazidə yanğın baş verib.

TNS Türkiyə mediasına istinadən xəbər verir ki, yanğın Pınarbaşı məhəlləsində axşam saatlarında başlayıb.

Əraziyə Meşə Regional Müdirliyi və Böyükşəhər Bələdiyyəsi Xilasetmə Müdirliyi tərəfindən qruplar cəlb edilib.

Məlumata görə, yanğın havanın küləkli olması səbəbilə qısa müddətdə genişlənib.