Close

21:58
17 Sentyabr 2024

İsraildə həlak olan Türkiyə vətəndaşının nəşi Bakıdan İstanbula yola salındı

İordan çayının qərb sahilindəki nümayişdə İsrail hücumu zamanı həlak olan Türkiyə vətəndaşı Ayşenur Ezgi Eyginin nəşi Tel-Əvivdən Bakıya gətirilib.

TNS bu barədə "trtrhaber"ə istinadən xəbər verir.

Eyginin nəşini Heydər Əliyev Beynəlxalq Hava Limanında Türkiyənin Bakıdakı səfiri Cahit Bağçı və səfirlik əməkdaşları təhvil alıblar.

Bakıda Türkiyə bayrağına bükülən Eyginin nəşi Türk Hava Yollarının təyyarəsi ilə Türkiyəyə yola salınıb.