Close

21:58
17 Sentyabr 2024

İstanbulda üçmərtəbəli bina çökdü

Türkiyənin İstanbul şəhərində üçmərtəbəli bina çöküb.

TNS xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Hadisənin Fateh rayonunda baş verdiyi bildirilib. Hadisə yerinə yanğınsöndürənlər, təcili tibb yardım briqadaları və polis əməkdaşları cəlb olunub.

Hadisə zamanı 1 nəfər yüngül xəsarət alıb.