Close

21:58
17 Sentyabr 2024

Məşhur müğənni konsertində şirniyyat satıcısının bütün mallarını satdı- VİDEO

Məşhur türkiyəli müğənni Haluk Levent ötən axşam konserti zamanı nümayiş etdirdiyi jestlə sosial mediada böyük əks-səda yaradıb.

TNS T24-ə istinadən xəbər verir ki, konsert məkanında bir kağız halva satıcısının məhsulları sata bilmədiyini görən müğənni səhnədən enərək satıcıya kömək edib.

Bütün şirniyyatları həmişəkindən daha baha qiymətə satan Haluk Levent pulları satıcıya səhnədə təqdim edib. Sosial şəbəkələrdə yayılan görüntülər insanlar tərəfindən bəyənilib.