Türkiyənin 13 əyalətində İŞİD-ə qarşı əməliyyat keçirilib, 27 nəfər saxlanılıb
14
11:20 - 10 Sentyabr 2024
Türkiyənin 13 əyalətində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.
TNS xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, İzmir, Ankara, Sakarya, Kocaeli, İstanbul, Erzincan, Konya, Malatya, Mardin, Eskişehir, Bitlis, Qaziantep və Adana əyalətlərində keçirilən əməliyyat nəticəsində 27 şəxs saxlanılıb.
Daha üç nəfərin axtarışları davam edir.