Məşhur aktyorun qanunsuz tikdirdiyi villa söküləcək - FOTO
Türkiyənin məşhur aktyorlarından olan Şahan Gökbakarın villası söküləcək.
TNS yerli mətbuata istinadən xəbər verir ki, Ətraf Mühit, Şəhər və İqlim Dəyişikliyi Nazirliyi villanın qanunsuz olduğunu əsas gətirərək, sökülməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, aktyorun Muğla vilayətinin Marmaris rayonunda tikdirdiyi villanın qanunsuz olması barədə iki il əvvəl nazirliyə müraciət olunub. Araşdırmalar nəticəsində müraciətin haqlı olduğu qənaətinə gəlinib.
Nazirlik yerli bələdiyyəyə villanın sökülməsi barədə tapşırıq verib. Amma bələdiyyə heç bir əsas olmadan qərarı icra etməyib. Qanunla nəzərdə tutulmuş müddətdə bələdiyyə binanı sökməsə, nazirlik məsələyə müdaxilə edəcək.
Qeyd edək ki, Şahan Gökbakar “Recep İvedik” komediya filmləri seriyasının baş rolundakı obrazı ilə məşhurlaşıb.