Close

22:24
16 Sentyabr 2024
20:50
16 Sentyabr 2024

Dilan Polatdan sonra əri də azadlığa çıxdı

Türkiyədə məhkəmə ötən ilin noyabrında çirkli pulların yuyulması və vergidən yayınma ittihamı ilə həbs edilən sosial media fenomeni Dilan Polatın həyat yoldaşı Engin Polat və digər şəxslər barəsində qərar verib.

TNS xəbər verir ki, məhkəmənin qərarı ilə 4 təqsirləndirilən şəxsi - Engin Polat, Sezgin Polat, Alper Kürşat Polat və mühasib Ahmet Gün azadlığa buraxılıb. Dilan Polat həyat yoldaşının həbsdən çıxmasını göz yaşları ilə qarşılayıb.

Qeyd edək, bu iş üzrə saxlanılan Dilan Polat bir neçə gün əvvəl azadlığa buraxılıb.