Close

22:24
16 Sentyabr 2024
20:50
16 Sentyabr 2024

İstanbul hava limanı Avropada yenə birinci oldu

İstanbul hava limanı 26 avqust - 1 sentyabr tarixlərində gündə orta hesabla 1494 uçuşla Avropanın ən işlək hava limanı olub.

TNS xəbər verir ki, bu barədə Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) 26 avqust - 1 sentyabr tarixləri üçün "Avropa Aviasiya Hesabatı"nda bildirilib.

Avropa üzrə 2-ci yerdə gündəlik 1447 reyslə Parisdəki Şarl De Qoll, 3-cü yerdə 1442 reyslə Amsterdamdakı Schiphol, 4-cü yerdə 1359 reyslə Londondakı Hitrou hava limanlarıdır.

Antalya hava limanı gündə 1028 uçuşla siyahıda 8-ci yerdə qərarlaşıb.

İstanbul hava limanı daha əvvəl də bir neçə dəfə Avropanın ən işlək aeroportu olub.