Close

Ankarada fabrik yanır

Türkiyədə Ankaranın Mamak rayonunda taxta və poliester fabrikində yanğın baş verib.

TNS xəbər verir ki, bu barədə “TRT Xəbər” məlumat yayıb.

Məlumata görə, küləyin təsirindən alov qısa müddətdə bütün fabriki bürüyüb. Hadisə yerinə çox sayda yanğınsöndürən, polis və təcili yardım briqadaları gəlib.

Yanğınsöndürənlər yanğını söndürmək üçün tədbir görürlər.