Close

Türkiyədə PKK-nın Fransa qolunun aktiv üzvü saxlanılıb

PKK terror təşkilatının Fransa təşkilatlanmasının üzvü Daniel Korkmaz Türkiyənin Şanlıurfa şəhərində saxlanılıb.

TNS xəbər verir ki, bu barədə “A Haber” məlumat yayıb.

Bildirilib ki, o hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində ələ keçirilib.

Terrorçu ölkədən deportasiya edilib.

Bildirilib ki, bununla PKK-nın Fransada qoluna ciddi zərbə vurulub.