Close

İran və Türkiyə XİN rəhbərləri telefonla danışıb

Türkiyə xarici işlər naziri Hakan Fidan və İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Bageri arasaında telefon danışığı olub.

TNS xəbər verir ki, bu barədə İran XİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin öldürlüməsi ilə bağlı regionda yaranmış son vəziyyəti müzakirə ediblər.