Close

Partiya sədrinin 15 il əvvəl öldüyü qəzanın sui-qəsd olduğu üzə çıxıb

2009-cu ildə içərisində olduğu helikopterin qəzaya uğraması nəticəsində dünyasını dəyişən Türkiyənin Böyük Birlik Partiyasının (BBP) sədri Muhsin Yazıcıoğlunun ölüm səbəbi ilə bağlı ciddi şübhələr üzə çıxıb.

TNS Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ilə əlaqədar 2011-ci ildə hazırlanan məhkəmə tibbi ekspertiza rəyinin doğru olmadığı aşkarlanıb. Bu səbəbdən yenidən ekspertiza təyin edilib. Mərhum Yazıcıoğlunun qan nümunələrində karbondioksitin yüksək olduğu aşkarlansa da, ilk ekspertiza rəyində bu normal hal kimi göstərilib.

Yeni məhkəmə tibbi ekspert rəyində vurğulanıb ki, ölümdən sonra qanda karbondioksidin artması mümkün deyil. Deməli, hadisədə müəyyən şübhəli məqamlar var. Yeni rəydə helikopterin kənar müdaxilə nəticəsində dağlıq əraziyə düşməsi, hadisənin sui-qəsd olması vurğulanıb.

Xatırladaq ki, 2009-cu il martın 25-də içərisində BBP sədri və daha 5 nəfərin olduğu vertolyot Türkiyənin Kahramanmaraş vilayəti ərazisindəki Keş dağında qəzaya uğrayıb. Helikopterdən sağ çıxan olmayıb.

Hadisədə FETÖ terror təşkilatının əlinin olması istisna edilmir.

my