Close

09:00
18 Oktyabr 2024
07:35
18 Oktyabr 2024

Sabiha Gökçen hava limanında uçuşların sayı azaldılacaq

Əlverişsiz hava şəraiti ilə əlaqədar sabah İstanbulda yerləşən Sabiha Gökçen beynəlxalq hava limanında uçuşların sayı azaldılacaq.

TNS Türkiyə KİV-ə istinadən xəbər verir ki, saat 15:00-a qədər uçuşların sayı 5 faiz azaldılacaq.

Bütün sərnişinlərə uçuşların son vəziyyətini müvafiq aviaşirkət vasitəsilə izləmələri tövsiyə olunub.