Close

Rus terrorçu Türkiyədə saxlanıldı

Rusiyada bombalı hücum həyata keçirən terrorist Türkiyədə saxlanılıb.

TNS xəbər verir ki, bu haqda Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də paylaşım edib.

“Bu gün saat Rusiya hüquq-mühafizə orqanlarından Yevgeni Serebriakov adlı şəxsin Moskvada bomba yüklü avtomobillə terror aktı törətdiyi, 2 nəfəri yaraladığı barədə müvafiq qurumlarımıza xəbərdarlıq edilib. Həmin şəxsin saat 09:40-da Bodrum Hava Limanından ölkımizə daxil olduğu müəyyən olunub.

Məsələ ilə bağlı Kəşfiyyat İdarəsi, İnterpol/Avropol Departamenti, MİT, İmmiqrasiya İdarəsi Müdirliyi, Terrorla Mübarizə Şöbəsi və Muğla vilayət Təhlükəsizlik Müdirliyi tərəfindən koordinasiya təmin edilib.

Əməliyyatı həyata keçirən qəhrəmanlarımızı təbrik edirəm” , - Yerlikaya bildirib.