Close

09:50
18 Oktyabr 2024
09:00
18 Oktyabr 2024
07:35
18 Oktyabr 2024

İŞİD-in minlərlə türkmənə məzar etdiyi “Cəhənnəm quyusu” - FOTO

İraqın Mosul şəhərinin Telafər bölgəsinin yaxınlığında aşkarlanan, terror təşkilatı İŞİD-in bölgəyə nəzarət etdiyi 2014-2017-ci illər arasında öldürülən, telafərli türkmənlər olduğu təxmin edilən kütləvi məzarlıqdan insan qalıqlarının çıxarılmasına başlanılıb.

TNS xəbər verir ki, illərdir, itkin düşmüş yaxınlarından xəbər ala bilməyən minlərlə İraq türkməni yaxınlarının cəsədlərinin İŞİD-inın “qətliam quyusundan” çıxarılmasını gözləyir.

Terror təşkilatı Telafer rayonundan təxminən 10 kilometr cənubda yerləşən və yerli xalq arasında “Allav Anter” kimi tanınan, dərinliyi 100 metrdən çox olan quyuya “Cəhənnəm quyusu” adını verib.

İŞİD 9 iyun 2014-cü ildə bölgəni nəzarət altına aldıqdan sonra öldürdüyü minlərlə insanı bu quyuya atıb.

Türkmənlər terrorçular tərəfindən qaçırılan və aqibəti haqqında məlumat ala bilmədikləri yaxınlarının bu quyuya atıldığını bildirir.

Türkmən qurumlarının, dərnəklərinin və qeyri-hökumət təşkilatlarının təşəbbüsü ilə bu kütləvi məzarlıq 10 ildən sonra İraq hökuməti tərəfindən açılıb və cəsədlər çıxarılmağa başlanıb.

Türkməneli Əməkdaşlıq və Mədəniyyət Fondunun rəhbəri Turhan Ketene verdiyi açıqlamada terror təşkilatı İŞİD tərəfindən kütləvi məzarlığa çevrilən bu dərin quyuda 1000-dən çox Telafer türkməninin cəsədinin olduğunu bildirib.

daes2

Quyunun kütləvi məzarlıq olduğunu 6 il əvvəl hökumət rəsmilərinə çatdırdıqlarını bildirən Ketene son vaxtlar başlayan cəsəd və qalıqların çıxarılması prosesinin davam etməsini istəyib.

Beynəlxalq insan haqları bəyannaməsinə görə İŞİD-in burada insanlığa qarşı kütləvi qətllər törətdiyini xatırladan Ketene cəsədlərin çıxarılması işlərinə ara verilməməsini və minlərlə itkin düşmüş şəxsin cəsədinin ən qısa zamanda tapılmasını istəyib.

Qadın və uşaqlara aid qalıqlar da var

Telafer rayon bələdiyyə başçısı Halil Muhsin isə qeyri-hökumət təşkilatlarından aldıqları məlumat və sənədlər əsasında quyuda 1500-dən çox cəsədin olduğunu təxmin etdiklərini bildirib.

Quyudakı cəsədlərin qalıqlarının çıxarılması üçün işlərin təxminən ay yarımdır, davam etdiyini bildirən Muhsin kütləvi məzarlıqda hələ də çox sayda itkin düşmüş şəxsə aid cəsədin olduğunun təxmin edildiyini vurğulayıb.

Muhsin Telafərdə tapılan quyudan başqa bir çox kütləvi məzarlığın olduğunu, lakin hələ də aşkar edilmədiyini bildirib.

Çıxarılan cəsədlər arasında çox sayda uşaq və qadına aid qalıqlar olduğunu bildirən Muhsin işlərin sürətləndirilməsini və DNT analizinin aparılmasını istəyib.

Türkməneli Əməkdaşlıq və Mədəniyyət Fonduna bağlı Türkməneli İnsan Haqları Mərkəzinin Telafer koordinatoru Əli Həbib isə apardıqları araşdırmalara və mərkəzlərinə edilən müraciətlərə görə Telaferdə 1300-dən çox türkmənin taleyi ilə bağlı məlumat olmadığına diqqət çəkib, bu dərin quyuda minlərlə cəsədin olduğunu təxmin etdiklərini ifadə edib.

Həbib toz fırtınası və isti havanın işləri çətinləşdirdiyini söyləyib.