Close

İstanbulda 10 avtomobil toqquşub, xeyli yaralı var

Türkiyənin İstanbul şəhərinin Avcılar rayonunda zəncirvari qəza olub.

TNS xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, Avcıların Esenyurt E-5 quru yolunda on avtomobil toqquşub. Məlumata görə, qəza nəticəsində çoxlu sayda insan yaralanıb.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.