Close

Türkiyədə iki fabrik yanır

Türkiyənin Bursa şəhərində kağız və lif istehsalı ilə məşğul olan fabriklər yanır.

TNS “Habertürk”ə istinadən xəbər verir ki, əraziyə xeyli sayda yanğınsöndürən, o cümlədən helikopter cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.

Hadisənin başvermə səbəbi məlum deyil.