Close

"Merihi hədəf alanlar PKK-ya qarşı susdular"

Merih Dəmirala verilən cəza qəbuledilməzdir və burada siyasi elementlər var.

TNS xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəsmisi Ömər Çelik bildirib.

O vurğulayıb ki, Merihi hədəf alan avropalı siyasətçilər PKK-ya qarşı səslərini çıxarmırlar.

Qeyd edək ki, Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalında Avstriyaya iki qol vuran Merih Dəmiral "Bozqurd" işarəsi göstərmişdi. UEFA bununla bağlı Almaniyanın şikayəti əsasında oyunçuya iki oyunluq cəza verib.