Close

Türkiyənin iki bölgəsində meşə yanğını başlayıb

Türkiyənin Muğla şəhərinin Kırkağaç rayonunda meşə yanır.

TNS xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.

Bildirilib ki, yanğının söndürülməsinə 4 təyyarə, 4 helikopter, 15 su tankeri, 7 su təchizatı çəni və 1 dozer cəlb olunub.

Yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə edilir.

Həmçinin Manisa şəhərində də meşə yanır. Oradakı yanğının söndürülməsi istiqamətində də işlər davam edir.

Yanğınların səbəbi hələ məlum deyil.