Antalyada meşə yanğını başlayıb
14
17:21 - 07 İyul 2024
Antalyada meşə yanğını başlayıb.
TNS-in “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Aksu rayonunda Murtuna məhəlləsi yaxınlarında çıxan yanğının səbəbi bilinmir.
Küləyin təsiri ilə yanğın qısa müddətdə tarlalara, meyvə bağlarına və bölgədəki meşəyə yayılıb.
Yanğına 3 helikopter, 2 təyyarə, 4 yanğınsöndürmə maşını ilə müdaxilə edilir.
İlkin məlumata görə, 2 prefabrik evə, 8 tarlaya, bəzı zeytin və üzüm bağlarına ziyan dəyib.
Yanğınsöndürənlər yanğının nəzarət altına alınmasına çalışırlar.