Close

"Almanların formasında qartal, fransızların formasında xoruz..."

"Kimsə almanların formasında qartal var, deyirmi? Fransızların formasında xoruz var, niyə xoruzlanırsan deyirmi?"

TNS xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ölkə başçısı milli komandanın futbolçusu Merih Demiralın UEFA tərəfindən 2 oyunluq cəzalandırılmasına münasibət bildirərkən deyib ki, Merih orada bu görüntü ilə həyəcanını nümayiş etdirib.

Qeyd edək ki, Merih Demiral Almaniyada keçirilən AVRO-2024-də Avstriyaya 2:1 hesabı ilə qalib gəldikləri 1/8 final matçında “bozqurd” işarəsi göstərdiyi üçün bu cəzanı alıb. "Ay-ulduzlular" iyulun 6-da, AVRO-2024-ün 1/4 finalında Niderlandla üz-üzə gələcək.