Close

Türkiyənin müxtəlif ərazilərində meşə yanğınları olub

Türkiyənin Aydın əyalətinin Bozdoğan və Nazilli bölgələrindəki yeddi fərqli ərazidə baş verən meşə yanğını nəticəsində 10 hektar sahəyə ziyan dəyib.

TNS xəbər verir ki, bu barədə “NTV Haber” məlumat yayıb.

Bildirilib ki, yanğına səbəb şimşək çaxması olub.

Təcili müdaxilə nəticəsində yanğınlar söndürülüb.

İnsan tələfatı barədə məlumat yoxdur.