Close

Ərdoğan TDT-nin Zirvə toplantısına qatılmayacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Almaniyaya gedəcək.

TNS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğanın səfərinin məqsədi Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında Türkiyə yığmasına dəstək olmaqdır.

Xatırladaq ki, çempionatın 1/8 finalında Türkiyə millisi Avstriya komandasını 1:2 hesabı ilə udaraq, növbəti mərhələyə keçib. Həmin oyunda Türkiyə millisinin üzvü Merih Demiral rəqib qapısına qol vurduqdan sonra stadionda sevincini “Bozqurd” işarəsi ilə göstərib.

Bundan sonra UEFA onun haqqında araşdırma aparmağa başlayıb.

Ərdoğan Türk Dövlətləri Təşkilatının Şuşada iyulun 6-da keçiriləcək Zirvə toplantısına qatılmayacaq.