Close

Turist avtobusu qəzaya uğrayıb, ölən və yaralılar var

Türkiyənin Antalya şəhərinin Manavqat rayonunda turistləri daşıyan avtobus qəzaya uğrayıb.

TNS xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, sürücünün idarəetməni itirməsi nəticəsində avtobus beton dirəyə çırpılıb.

Hadisə nəticəsində sürücü ölüb. Həmçinin, 16-sı Rusiya, 4-ü Belarus vətəndaşı olmaqla, 20 turist yaralanıb. Onlar xəstəxanaya yerləşdiriliblər.