Close

KİV: Türkiyə Ermənistan nümayəndələri ilə görüşündən imtina edib - YENİLƏNİB

Ankara Türkiyə və Ermənistan nümayəndələrinin iyulun 2-nə planlaşdırılan görüşündən imtina edib.

TNS xəbər verir ki, bu barədə “news.am” məlumatlı diplomatik mənbəyə istinadən məlumat yayıb.

16:11

Türkiyə və Ermənistan nümayəndələri arasında növbəti görüş iyulun 2-də keçiriləcək.

TNS xəbər verir ki, bu barədə məlumatı “Novosti Armenii” yayıb.

Bildirilib ki, görüşün Türkiyə-Ermənistan sərhədində “Marqara” Nəzarət Buraxılış Məntəqəsində keçirilməsi gözlənilir.

Qeyd edək ki, bu yaxınlarda Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Ruben Rubinyan bildirmişdi ki, tərəflər arasında rəsmi görüş çoxdan keçirilməyib. Əlavə edib ki, Ermənistan və Türkiyə nümayəndələri arasında yeni görüşün keçirilməsi ilə bağlı razılıq var. Lakin o, görüşün tarixi və yerinin hələ müzakirə olunmadığını deyib.

R.Rubinyan onu da qeyd edib ki, Ermənistan-Türkiyə sərhədindəki "Marqara" körpüsü artıq təmir olunub və hazır vəziyyətə gətirilib.

Görüşün təşkili ilə bağlı rəsmi məlumat yayılmayıb.