Close

19:23
02 İyul 2024

Sərnişin avtobusu aşıb, 11 nəfər yaralanıb

Türkiyənin Uşak şəhərində sərnişin avtobusu aşıb.

TNS “Haber Global”a istinadən xəbər verir ki, hadisə Afyonkarahisar-Uşak yolunda baş verib.

Qəza nəticəsində 11 nəfər yaralanıb.

Onlar xəstəxanaya yerləşdiriliblər.

Hadisəyə səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir.