Close

11:10
02 İyul 2024

Ərdoğan bu tarixdə Azərbaycana səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyul ayında bir sıra ölkələrə səfər edəcəyi gözlənilir.

TNS Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğanın iyul ayı üzrə səfərlərinin siyahısı açıqlanıb.

Dövlət başçısı 3-4 iyul tarixlərində Qazaxıstanın paytaxtı Astanada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət və Hökumət Başçılarının zirvə toplantısında iştirak edəcək.

Türkiyə lideri iyulun 6-da Şuşa şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısında iştirak edəcək.

Qeyd edək ki, Ərdoğan 9-11 iyul tarixlərində ABŞ-nin paytaxtı Vaşinqtonda keçiriləcək NATO liderlərinin zirvə görüşündə də qatılacaq.