Close

11:10
02 İyul 2024

Türkiyə hərbçiləri İraq və Suriyada 10 terrorçunu öldürüb

Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK terror qruplaşmasının 10 üzvünü öldürüb.

TNS xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Bildirilib ki, İraqın şimalında "Pence-kilit" əməliyyat bölgəsində təsbit edilən 6 terrorçu, Suriyanın şimalında “Fırat kalkanı” və “Zeytun budağı” bölgələrində isə müəyyən edilmiş 4 PKK/YPG üzvü öldürülüb.