Close

21:48
28 Sentyabr 2024

Türkiyənin “çiçək bağı” - Isparta

Türkiyənin “çiçək bağı” kimi tanınan Isparta bölgəsi son illərdə canlı gül bağlarına və bənövşəyi lavanda tarlalarına axın edən ziyarətçilərin sevimli məkanına çevrilib.

Ekoturizm həvəskarları burada növbənöv çiçək ətrindən, təbiət möcüzələrindən həzz alır, bölgənin dekadent mətbəxi ilə tanış olurlar.

Türkiyənin qızılgül mərkəzi olan Isparta dünya üzrə qızılgül yağının 65%-ni istehsal etmək gücünə malikdir. Qızılgül lokumu və qızılgül mürəbbəsi kimi dadlı yemək məhsulları da bölgənin qızıl güllərindən alınır. Bölgədə gül suyu, qızılgül yağı, qızılgül ətirləri və kremləri kimi müxtəlif kosmetik məhsullar istehsal olunur. May-iyun aylarında illik qızılgül yığımı olur.

Cürbəcür qızılgüllə yanaşı, Isparta hazırda lavanda istehsalı ilə də seçilir. Bu gün İspartanın Keçiborlu mahalına bağlı Kuyucak kəndindəki lavanda bağları Türkiyənin lavanda istehsalının 90%-ni təşkil edir. Məhsulun yaş və ya qurudulmuş emalından sonra lavanda kremlərə, sabunlara, yağlara, odekolonlara və digər məhsullara çevrilir. Lavanda yığımı iyulun sonundan avqustun ortalarına qədər olur.

Isparta səfəriniz zamanı bölgənin ən böyük gölü olan Eğirdiri və milli parkda yerləşən Kovadanı ziyarət edə bilərsiniz. Eğirdir gölündə iki ada var: nisbətən boş olan Can Adası düşərgə və gəzinti üçün istifadə olunur. Taxta evlərdən və dar küçələrdən ibarət bir kəndə ev sahibliyi edən Yeşil ada isə görkəmli xristian məkanı sayılan Aya Stefanos kilsəsi ilə tanınır. Rayonda Eğirdir gölündən başqa Şərqi Roma dövrünə aid Eğirdir qalası və 800 illik Hızırbəy məscidi də var.

isp1