Close

Türkiyədə DİN binası qarşısında terror törədənlərdən birinin şəxsiyyəti müəyyən edilib

Ankarada Türkiyə Daxili İşlər Nazirliyinin binası qarşısında terror aktını törədən iki terrorçudan birinin şəxsiyyəti müəyyən edilib.

TNS xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç bildirib.

O qeyd edib ki, digər terrorçunun şəxsiyyətini müəyyənləşdirmə işləri davam edir.