Türkiyə sərhədini qanunsuz keçmək istəyən FETÖ-çülər saxlanılıb
13
14:37 - 30 Sentyabr 2023

Türkiyə sərhədçiləri 2-si FETÖ-çü olmaqla sərhədi qanunsuz keçmək istəyən 8 nəfəri saxlayıb.
TNS xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, onlar qanunsuz yolla Yunanıstana keçməyə cəhd göstəriblər. Araşdırma zamanı onlardan 2-sinin FETÖ terror təşkilatına mənsub olduğu üzə çıxıb.